Azərbaycan, Bakı, 26 aprel /Trend/
Polis İstanbulun "Atatürk" hava limanında bombanın axtarışına başlayıb.
Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Tbilisiyə gedən təyyarənin sərnişinlərindən biri onda bomba olduğunu bildirib.
Təyyarə təhlükəsiz zonaya göndərilib, təhlükəsizlik tədbirləri görülüb.
Təfərrüatlar barədə məlumat verilir.