...

"Türk Hava Yolları"na məxsus təyyarə Stokholmda təcili eniş edib

Hadisə Materials 5 May 2014 14:28 (UTC +04:00)
Stokholm-İstanbul reysini həyata keçirən, "Türk Hava Yolları" aviaşirkətinə məxsus təyyarə Stokholmun Arlanda aerportunda təcili eniş edib.
"Türk Hava Yolları"na məxsus təyyarə Stokholmda təcili eniş edib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir R.Hafizoğlu/

Stokholm-İstanbul reysini həyata keçirən, "Türk Hava Yolları" aviaşirkətinə məxsus təyyarə Stokholmun Arlanda aerportunda təcili eniş edib. Bu barədə Trend bazar ertəsi "Haber7" telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, təcili enişə səbəb təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə xəbər olub.

Enişdən sonra İsveç hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarənin salonuna baxış keçiriblər. Onlar təyyarənin göyərtəsində partlayıcı qurğu aşkar etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti