...

Bakıda yol hərəkəti qaydalarına məhəl qoymayan 39 piyada ölüb

Hadisə Materials 6 May 2014 17:09 (UTC +04:00)
Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 52%-i piyadaların vurulması nəticəsində baş verib. Baş verən 169 yol qəzası nəticəsində 39 piyada ölüb.
Bakıda yol hərəkəti qaydalarına məhəl qoymayan 39 piyada ölüb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 52%-i piyadaların vurulması nəticəsində baş verib. Baş verən 169 yol qəzası nəticəsində 39 piyada ölüb.

Trend xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "ASAN xidmət" mərkəzi və Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının "Avtotəlim-2" layihəsinə başlaması münasibətilə keçirilən mətbuat konfransında bildirib.

Piyadaların yol hərəkəti qaydalarına etinasız, laqeyd yanaşdıqlarını deyən bölmə rəisi qeyd edib ki, ilin əvvəlindən bu günədək Bakıda ümumilikdə 57 140 piyada inzibati məsuliyyətə cəlb edilib.

Onun sözlərinə görə, yol polisi əməkdaşları tərəfindən paytaxtda yol hərəkəti qaydalarını pozmuş şəxslər barəsində 225 603 inzibati protokol tərtib edilib.

Bundan əlavə, müşahidə kameraları tərəfindən qeydə alınmış yol hərəkəti qaydalarını pozmuş 900 nəfərdən artıq sürücü barəsində fotomateriallar hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti