Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İzzət/
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin ərazisində qəsəbə sakini Samir Qənbərov tikinti işləri apararkən başına dəmir parçasının düşməsi nəticəsində ölüb. Bu barədə Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Faktla bağlı araşdırma aparılır.