Yeni məlumat əlavə olunub (ilk xəbər saat 09:18-də yayılıb)
Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Əliyev/
Bakı metrosunda qataraların hərəkəti bərpa edilib və ştat rejimində həyata keçirilir. Bu barədə Trend-ə Bakı Metropolitenindən bildirilib.
Metropolitendən deyilib: "Yarım saat ərzində lazımi işlər görülüb. Qatarların hərəkəti isə saat 08:39-da bərpa edilib. Xəsarət alan yoxdur".
Qeyd edək ki, bu gün səhər Bakı Metropoliteninin "Koroğlu" stansiyasında 38 saylı marsrut üzrə hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Sərnişinlər təxliyə ediliblər. Tüstülənmənin qarşısı alındıqdan sonra qatar depoya göndərilib.
Şahidlərin Trend-ə verdikləri məlumata görə, hadisə nəticəsində bütün xətlərdə qatarların hərəkətində ləngimə olub.