...

DİN Gəncədə “online” qumarxananın aşkar edilməsi ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 28 May 2014 13:12 (UTC +04:00)
Gəncə şəhərində evlərdən birində "online" sistemi ilə qumarxana təşkil olunması müəyyən edilib.
DİN Gəncədə “online” qumarxananın aşkar edilməsi ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

Gəncə şəhərində evlərdən birində "online" sistemi ilə qumarxana təşkil olunması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Cavadxan küçəsi ev 12-də şəhər sakinləri Namiq Abbasovun, Vüsal Məmmədzadənin və Nofəl Rəfibəylinin həmyerliləri Tural İbrahimovun rəhbərliyi ilə "online" sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilmişdir. Oraya baxış zamanı 2 ədəd monitor, 3 ədəd televizor, qumar kuponlarını çap edən 2 ədəd printer, habelə "online" qumar oyun proqramı yazılmış 3 ədəd kompyuter, 123 ədəd oyun kuponu, uduşa qoyulmuş 766 manat və 100 dollar aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti