...

Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə olub

Hadisə Materials 3 İyun 2014 17:27 (UTC +04:00)
Türkiyənin Yozqat vilayətindəki universitetlərdən birində tələbələr arasında kütləvi zəhərlənmə baş verib.
Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə olub

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Yozqat vilayətindəki universitetlərdən birində tələbələr arasında kütləvi zəhərlənmə baş verib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, qida zəhərlənməsi nəticəsində 50 tələbə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tələbələrin vəziyyəti orta qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti