Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhərinin ərazisində qanunsuz "online" kazino-qumar oyunları işlətmələri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Sumqayıt şəhərinin ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Ağayev və Xaçmaz rayon sakini Teyfur Əlosmanovun qeyri-yaşayıs sahəsində qanunsuz "online" kazino-qumar oyunları işlətmələri müəyyən edilib.
Oraya baxış zamanı "online" qumar oyun proqramı yazılmış 19 ədəd kompyuter dəsti, 1 ədəd server-prosessor, 1 ədəd yaddaş kartı, uduşa qoyulmuş 19 manat və üzərində 12 rəqəmli kodlar yazılmış kupon aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.