...

Ötən gün respublikada baş vermiş yol qəzaları nəticəsində 20-dən çox insan yaralanıb

Hadisə Materials 6 İyun 2014 14:02 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb.
Ötən gün respublikada baş vermiş yol qəzaları nəticəsində 20-dən çox insan yaralanıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Ötən gün respublikada baş vermiş yol qəzaları nəticəsində 20-dən çox insan yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti