...

Mingəçevirdə minik maşını ilə motosiklet toqquşdu: 1 ölü, iki yaralı

Hadisə Materials 11 İyun 2014 09:47 (UTC +04:00)
Mingəçevirdə minik maşını ilə motosiklet toqquşub, sərnişin ölüb, hər iki sürücü isə xəsarət alıb.
Mingəçevirdə minik maşını ilə motosiklet toqquşdu: 1 ölü, iki yaralı

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Mingəçevirdə minik maşını ilə motosiklet toqquşub, sərnişin ölüb, hər iki sürücü isə xəsarət alıb.

Trend FHN-in saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.

Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti