...

Lənkəran çayında iki gənc batıb

Hadisə Materials 12 İyun 2014 09:02 (UTC +04:00)
Lənkəran çayında iki gənc batıb.
Lənkəran çayında iki gənc batıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Lənkəran çayında iki gənc batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü İlqar və 1993-cü il təvəllüdlü Şadnan Zakir oğlu Əsgərovlar Lənkəran çayının Lənkəran şəhəri, Vələdi kəndi ərazisindən keçən hissəsində balıq tutarkən batıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

İ. Əsgərovun və Ş. Əsgərovun cəsədləri batdığı yerdən, təxminən, 6 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti