...

“Niva” Bakıda 72 yaşlı qadını vuraraq öldürdü

Hadisə Materials 13 İyun 2014 10:54 (UTC +04:00)
“Niva” markalı avtomobil Bakıda 72 yaşlı qadını vuraraq öldürüb.
“Niva” Bakıda 72 yaşlı qadını vuraraq öldürdü

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

"Niva" markalı avtomobil Bakıda 72 yaşlı qadını vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-si saat 12 radələrində Xətai rayonu Zığ yolunda Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ziya Abbasov idarə etdiyi "Niva" markalı avtomobillə 1942-ci il təvəllüdlü Solmaz Hacıverdiyevanı vurub.

S.Hacıverdiyeva xəstəxanaya aparılıb və orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti