...

Ukraynada Rusiya qazının ixrac olunduğu kəmərdə partlayış olub

Hadisə Materials 17 İyun 2014 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Rusiya qazının Avropaya ixrac olunduğu Urenqoy-Pomarı-Ujqorod tranzit qaz kəmərində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qaz kəmərində yanğın hələ söndürülməyib.

Qeyd edək ki, partlayış Ukraynanın Loxvitsa şəhəri ərazisində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, alov təqribən 200 metr yüksəkliyədək qalxıb.

İlkin məlumata əsasən, ölən və xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti