...

Bakıda başqasının avtomobilini ələ keçirdiyinə görə axtarışda olan qadın tutulub

Hadisə Materials 23 İyun 2014 13:00 (UTC +04:00)
Bakıda axtarışda olan 3 nəfər tutulub. Onlardan biri başqasının avtomobilini ələ keçirməkdə ittiham olunan qadındır.
Bakıda başqasının avtomobilini ələ keçirdiyinə görə axtarışda olan qadın tutulub

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda axtarışda olan 3 nəfər tutulub. Onlardan biri başqasının avtomobilini ələ keçirməkdə ittiham olunan qadındır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Nigar Məmmədova tutulub. N.Məmmədova barəsində Cinayət Məcəlləsinin (CM) 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarış elan edilib.

Bundan əlavə paytaxtda CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan iki nəfər tutulub.

Belə ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Müşviq Kazımov, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Elmin Babayev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti