...

Ötən günün "yol dərdi": 1 ölü, 17 yaralı

Hadisə Materials 26 İyun 2014 13:28 (UTC +04:00)
Ötən gün Azərbaycanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.
Ötən günün "yol dərdi": 1 ölü, 17 yaralı

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Ötən gün Azərbaycanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb.

İyunun 25-də saat 01 radələrində Binəqədi rayonu, Y.Hüseynov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Zeynəb Əsgərova vurulub. Xəstəxanaya yerləşdirilmiş Z.Əsgərova orada ölüb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Saat 02 radələrində isə Qaradağ rayonu ərazisində Şəki rayon sakini Fəzail Rəhimovun idarə etdiyi "KamAZ" və Türkiyə vətəndaşı Şakir Doğanın idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Xəsarət almış F.Rəhimov xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Ötən gün saat 16 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Məhəmməd Həsənov vurulub. Piayadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Həmçinin saat 16 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Yardımlı rayon sakini Valeh Qurbanov vurulub. Xəsarət almış V.Qurbanova xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İyunun 25-də saat 17 radələrində Sumqayıt şəhərinin ərazisində Abşeron rayon sakini İmran Novruzov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən şəhər sakini Qasım Mustafayevi vurub və idaretməni itirdiyindən Bakı şəhər sakini Rüstəm Rüstəmovun idarə etdiyi "Hunday" markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilmiş Q.Mustafayev orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Zeynəb Əsgərovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Kia" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Pərviz Heybətov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti