Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda fəhlə intihara cəhd edib.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, həmin şəxs "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında tikilməkdə olan yeni binaya qalxaraq özünü oradan atmağa cəhd edib.
Tikintidə çalışan işçilərin səyi nəticəsinfə özünü atmaq istəyən şəxsi fikrindən döndərmək mümkün olub.
"Qafqazinfo"nun məlumatına görə, intihar etmək istəyən şəxs 40-45 yaşında olub.