...

Zərdab sakini Bakıda bıçaqlanaraq öldürülüb

Hadisə Materials 28 İyun 2014 13:50 (UTC +04:00)
Bakıda parkda kişi meyiti tapılıb.
Zərdab sakini Bakıda bıçaqlanaraq öldürülüb

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Bakıda parkda kişi meyiti tapılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 28-də Binəqədi qəsəbəsinin ərazisində yerləşən parkda Zərdab rayon sakini Namiq Ağayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Zərdab rayon sakini Şəhriyar Əhədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti