...

İsmayıllıda döyülərək öldürülmüş qadının qatili tutulub

Hadisə Materials 4 İyul 2014 13:04 (UTC +04:00)
İsmayıllı şəhər sakinini taxta parçası ilə döyərək öldürmüş şəxs tutulub.
İsmayıllıda döyülərək öldürülmüş qadının qatili tutulub

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir İlkin İzzət /

İsmayıllı şəhər sakinini taxta parçası ilə döyərək öldürmüş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 2-də İsmayıllı şəhəri Q.Aslanov küçəsində şəhər sakini Rəbiyyə Talıbovanın üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Talıbovanı taxta parçası ilə döyərək öldürmüş İsmayıllı rayon sakini Elburus Cəbiyev iyulun 3-də tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti