...

Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə vertolyotlar cəlb olunub

Hadisə Materials 7 İyul 2014 20:48 (UTC +04:00)
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə vertolyotlar cəlb olunub

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Qəbələ rayonu, Savalan kəndində dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, o cümlədən Aviasiya Dəstəsinin 2 vertolyotu cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti