...

DİN Ucarda yanacaq daşıyan avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzanın detallarını açıqladı

Hadisə Materials 10 İyul 2014 13:57 (UTC +04:00)
Ucar rayonu ərazisində baş verən dəhşətli yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
DİN Ucarda yanacaq daşıyan avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzanın detallarını açıqladı

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Ucar rayonu ərazisində baş verən dəhşətli yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 11 radələrində Ucar rayonu Ramal kəndinin ərazisində Bakı şəhər sakini Vladislav Roztopiranın idarə etdiyi "Shevrolet-Niva", Ağdam rayon sakini Səbuhi Həsənovun idarə etdiyi "QAZel" və Mingəçevir şəhər sakini Qəzənfər Allahverdiyevin idarə etdiyi (yanacaq daşıyan sistern avtomobil) "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə zamanı "Mercedes" markalı avtomobil aşdığından çənindəki 24 ton 240 litr (A-92) və 14 ton 360 litr (dizel) yanacağı dağılaraq yanıb.

Nəticədə "QAZel"in sürücüsü S.Həsənov və sərnişinlərindən - Ağdam rayon sakini Cabir Quliyev ölüb, digər sənişini Şaiq Quliyev, habelə "Mercedes" markalı yanacaq daşıyan avtomobilin sürücüsü Q.Allahverdiyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti