...

Türkiyənin cənub-şərqində suriyalı qaçqınlara qarşı etiraz aksiyası keçirilib

Hadisə Materials 14 İyul 2014 14:09 (UTC +04:00)
Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində ölkədə olan suriyalı qaçqınlara qarşı etiraz aksiyası keçirilib.
Türkiyənin cənub-şərqində suriyalı qaçqınlara qarşı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində ölkədə olan suriyalı qaçqınlara qarşı etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Milliyyət" qəzeti xəbər yayıb.

Aksiya "Türkiyədə suriyalı qaçqınlara yox!" şüarı altında keçirilib.

Aksiyada 100-dən artıq adam iştirak edib.

Polis etirazçıların vilayətin ərazisində yerləşən suriyalı qaçqınların düşərgəsinə yaxınlaşmasına mane olub.

Nümayişçilərin dağıdılması üçün polis su şırnaqlarından istifadə edib, iki aksiya iştirakçısı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti