...

Şəkidə məhkuma mobil telefon ötürülməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 14 İyul 2014 14:23 (UTC +04:00)
Şəki Penitensiar müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Şəkidə məhkuma mobil telefon ötürülməsi cəhdinin qarşısı alınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Şəki Penitensiar müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Elsevər Elçin oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bibisi Nigar İman qızı Nuriyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı əl çantasının içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti