...

Dünənin yol qəzaları: 2 ölü, 6 yaralı

Hadisə Materials 23 İyul 2014 13:28 (UTC +04:00)
Ötən gün respublika yollarında baş vermiş qəzalar nəticəsində iki nəfər ölüb.
Dünənin yol qəzaları: 2 ölü, 6 yaralı

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlkin İzzət/

Ötən gün respublika yollarında baş vermiş qəzalar nəticəsində iki nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti