...

Qaxda narkotik tərkibli bitkilər becərən Balakən sakinləri saxlanılıb

Hadisə Materials 24 İyul 2014 19:33 (UTC +04:00)
Qax rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərən Balakən rayon sakinləri saxlanılıb.
Qaxda narkotik tərkibli bitkilər becərən Balakən sakinləri saxlanılıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Qax rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərən Balakən rayon sakinləri saxlanılıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Nəticədə rayonun Calayir kənd inzibati ərazisində meşə zolağının ayrı-ayrı hissələrində, birində 5 ədəd, digər hissəsində isə 20 ədəd olmaqla, kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib.

Narkotik tərkibli bitkilərin kimin tərəfindən əkildiyini müəyyən etmək üçün əraziyə Qax RPŞ-i tərəfindən pusqu təyin edilib. Nəzarətdə olan əraziyə iki nəfər nəməlum şəxs gələrək narkotik tərkibli bitkiyə qulluq edərkən onlar elə iş başında saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, ərazidə narkotik tərkibli bitkini əkən və qulluq edən şəxslər 33 yaşlı Balakən rayonu, Gərəkli kənd sakini Akif Musayev və Balakən sakini 39 yaşlı Rəfail Manafovdur. Saxlanılan şəxslərdən birinin üstündə aparılan axtarış zamanı 5,7 qram narkotik maddə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İş başında yaxalanan A.Musayev və R.Manafov Qax RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparılıb. Onların sözlərinə görə, çətənə kollarını özlərinin istifadəsi üçün əkiblər.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti