...

Ağstafada 5 tona yaxın çətənə kolu məhv edilib

Hadisə Materials 5 Avqust 2014 12:45 (UTC +04:00)
Ağstafada 5 tona yaxın çətənə kolu aşkar edilərək məhv olunub.
Ağstafada 5 tona yaxın çətənə kolu məhv edilib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlkin İzzət/

Ağstafada 5 tona yaxın çətənə kolu aşkar edilərək məhv olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Xətai kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 600 kiloqram olan 11 min 500 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti