Azərbaycan, Bakı, 7 avqust /Trend/
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şüvəlan qəsəbəsində dənizdə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.
Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.