Azərbaycan, Bakı, 20 avqust /Trend/
Bakıda 1 nəfərin barmağında dəmir halqa qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin barmağında dəmir halqa qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasedicisi hadisə yerinə cəlb ediliblər.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının nəzarəti altında təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət vasitəsilə dəmir halqanı zərərçəkmişin barmağından kəsib çıxarıb və onu aidiyyəti üzrə təhvil verib.