...

FHN: Ucarda baş verən yol qəzası nəticəsində 5 nəfər ölüb

Hadisə Materials 8 Oktyabr 2014 23:14 (UTC +04:00)
Ucarda ağır yol qəzası baş verib.
FHN: Ucarda baş verən yol qəzası nəticəsində 5 nəfər ölüb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Ucarda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 3 km aralı) "MACK" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə 5 nəfərin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Xəbər lenti

Xəbər lenti