...

Ləhiş bağlarında hasarları uçuranlar tutulub

Hadisə Materials 11 Oktyabr 2014 11:03 (UTC +04:00)
Oktyabrın 6-da Bakı şəhər sakinləri Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova və İlham Muradovun Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən torpaq sahələrinin hasarlarının uçurulması aşkar edilib.
Ləhiş bağlarında hasarları uçuranlar tutulub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Oktyabrın 6-da Bakı şəhər sakinləri Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova və İlham Muradovun Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən torpaq sahələrinin hasarlarının uçurulması aşkar edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Sabunçu rayon Polis İdarəsi Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində torpaq sahələrinin hasarlarını uçuranlar Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Rüfət Mahmudov, Ucar rayon sakinləri 1978-ci il təvəllüdlü Məmiş Beydullayev, 1981-ci il təvəllüdlü Durmuş Hacıyev və 1961-ci il təvəllüdlü Abbas Abbasov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti