Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 14-də Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batmış 2003-cü il təvəllüdlü Elvin Famil oğlu Zahidovun cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.