...

Neft borusu oğurlayan Bakı sakini “iş” başında tutulub

Hadisə Materials 20 Oktyabr 2014 13:58 (UTC +04:00)
Bakı şəhər sakini neft borusunu kəsib oğurlayarkən saxlanılıb.
Neft borusu oğurlayan Bakı sakini “iş” başında tutulub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini neft borusunu kəsib oğurlayarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Sərvan Muradov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, oktyabrın 18-də saat 01 radələrində Binəqədi rayonu ərazisində "Binəqədi OIL Compani" şirkətinə məxsus uzunluğu 180 metr olan istismar müddəti bitmiş neft borusunu kəsib oğurlayarkən tutulub.

S.Muradov araşdırma aparılması üçün 4-cü Polis Bölməsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti