Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Bakıda bir nəfər özünü dənizə atıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal hadisə yerinə cəlb edilmiş nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:17-də başa çatıb.