...

Gürcüstandan Azərbaycana silah gətirilirmiş

Hadisə Materials 25 Dekabr 2014 11:57 (UTC +04:00)
oxlama zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının altından daraqları ilə birlikdə 3 ədəd müxtəlif markalı pnevmatik tapançalar aşkar edilib.
Gürcüstandan Azərbaycana silah gətirilirmiş

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İZzət/

Gürcüstandan Azərbaycana silah gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı, Eyvazov Aynur Hüseyn oğlunun etibarnamə ilə idarə etdiyi "Mercedes-Benz C180" markalı 90HX538 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının altından daraqları ilə birlikdə 3 ədəd müxtəlif markalı pnevmatik tapançalar aşkar edilib. Bundan başqa sürücünün oturacağının altında olan qara polietilen torbadan 20 ədəd üzərində 9 mm patronlar, şəffaf polietilen paketə bükülmüş vəziyətdə 400 ədəd metal qırmalar, 3 ədəd pnevmatik silah üçün nəzərdə tutulmuş qaz balonları və 2 ədəd gözyaşardıcı qaz balonları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti