...

Bakının mərkəzində yol qəzası baş verib

Hadisə Materials 8 Yanvar 2015 10:33 (UTC +04:00)
Bakının mərkəzi yollarından birində qəza baş verib.
Bakının mərkəzində yol qəzası baş verib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzi yollarından birində qəza baş verib.

Saat 10:15 radələrində Bakının mərkəzi yollarından birində - Neftçilər prospektində, Qız Qalası yaxınlığında yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Toyota Prado" və "KİA" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Hazırda yol polisi prospekt boyu tıxacın yaranmaması üçün müvafiq tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti