Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakinindən lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 13-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Turxan Əliyevdən lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.
Onun tüfəngin lüləsi və qundağı hansı məqsədlə kəsməsi araşdırılır.