...

Ələtdə mina tapıldı

Hadisə Materials 13 Fevral 2015 19:30 (UTC +04:00)
Ələtdə tank əleyhinə mina tapılıb.
Ələtdə mina tapıldı

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Ələtdə tank əleyhinə mina tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nəticədə qeyd olunan ərazidə 1 ədəd TM-62 markalı mina aşkar edilərək zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti