...

Avtomobillə vurulmuş 80 yaşlı qadın öldü

Hadisə Materials 17 Fevral 2015 12:39 (UTC +04:00)
İki gün əvvəl Bakıda avtomobillə vurulmuş 80 yaşlı qadın ölüb.
Avtomobillə vurulmuş 80 yaşlı qadın öldü

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

İki gün əvvəl Bakıda avtomobillə vurulmuş 80 yaşlı qadın ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

fevralın 15-də saat 23 radələrində, paytaxtın Nizami rayonunda Süleymanov küçəsində Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi "Mercedes" markalı və Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Arzuman Həsənzadənin idarə etdiyi "VAZ-21099" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-21099" markalı avtomobilin sərnişinləri - 1935-ci il təvəllüdlü Tavat Kərimova və 1975-ci il təvəllüdlü Rübabə Mirzəliyeva xəstəxanaya yerləşdirilib. R.Mirzəliyeva ambulator yardım alaraq evə buraxılıb. Həkimlərin sayəniə baxmayaraq, 80 yaşlı T.Kərimova isə fevralın 16-da saat 10 radələrində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti