...

Axşamçağı bıçaqlanma

Hadisə Materials 23 Fevral 2015 11:44 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Axşamçağı bıçaqlanma

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində, Xocasən qəsəbəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Şəhriyar Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirilib.

Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Rafiq Adil oğlu Əsədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti