...

Keçiliyevin evindən narkotik vasitələr və hərbi sursat götürülüb

Hadisə Materials 24 Fevral 2015 14:04 (UTC +04:00)
Balakən rayon sakini evindən narkotik vasitələr və hərbi sursat götürülüb.
Keçiliyevin evindən narkotik vasitələr və hərbi sursat götürülüb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/

Balakən rayon sakini evindən narkotik vasitələr və hərbi sursat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kənd sakini Nurəddin Keçiliyevin evindən 1 kiloqram 297 qram marixuana, 20 ədəd dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu, 255 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etidirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti