...

Bayram günləri yol qəzalarında 6 nəfər ölüb

Hadisə Materials 9 Mart 2015 13:50 (UTC +04:00)
Bayram günləri ölkə yollarında baş vermiş qəzalar zamanı 6 nəfər ölüb.
Bayram günləri yol qəzalarında 6 nəfər ölüb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Bayram günləri ölkə yollarında baş vermiş qəzalar zamanı 6 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şənbə və bazar günləri Azərbaycan yollarında 12 yol qəzası baş verib. Nəticədə 6 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, martın 7-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Martın 8-də ba vermiş 5 yol qəzası qeydə alınıb. Bu zaman 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti