Azərbaycan, Bakı, 16 mart /Trend/
Batumi şəhər məhkəməsi Gürcüstan ərazisi ilə 2,79 ton maye heroini keçirməkdə ittiham edilənlərdən biri - Türkiyə vətəndaşı Bayram Coşqunu qiyabi olaraq müddətsiz həbs edib, Gürcüstan vətəndaşı Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu isə bəraət alıblar.
Bu barədə Trend Gürcüstan mətbuatına istinadən məlumat verir.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əmədkaşları 2014-cü il iyunun 12-də yük maşınına baxış keçirərkən 93 milyon dollarlıq heroin aşkar etmişdilər. Maşın narkotikləri tranzitlə İran, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisi ilə daşıyırmış.