Azərbaycan, Bakı, 19 aprel /Trend/
Davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bu barədə Trend FHN-nin saytına istinadən məlumat verib.
Qeyd edək ki, Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşmişdi. FHN balıqçılardan birini xilas edə bilmişdi.