...

Bakıda borularla dolu “Kamaz” aşdı, bir neçə avtomobil əzildi (FOTO)

Hadisə Materials 23 Aprel 2015 09:54 (UTC +04:00)
Paytaxtın Zığ şossesində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısındakı dairədə Kamaz markalı yük avtomobili aşıb.
Bakıda borularla dolu “Kamaz” aşdı, bir neçə avtomobil əzildi (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Zığ şossesində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısındakı dairədə Kamaz markalı yük avtomobili aşıb.

Hadisə şahidlərinin Trend-ə bildirdiyinə görə, borularla dolu olan "Kamaz" aşarkən digər avtomobillərə ziyan dəyib. Borular yolun ortasına səpilərək yolu kəsib və nəticədə hərəkət dayanıb.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda yolun açılması üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti