...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 2 İyun 2015 13:37 (UTC +04:00)
Psixoloji söhbətlə intihara cəhdin qarşısı alınıb.
Bakıda intihara cəhdin qarşısı alınıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlkin İzzət/

Psixoloji söhbətlə intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər intihar etmək istəyib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 10:47-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti