...

Haramı düzündə yanğın olub

Hadisə Materials 10 İyul 2015 17:45 (UTC +04:00)
Haramı düzündə yanğın olub.
Haramı düzündə yanğın olub

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Haramı düzündə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Beyləqan rayonunda Haramı düzü (rayon mərkəzindən 23 km aralı) ərazisində 20 hektar biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağcabədi rayonunda Haramı düzü (rayon mərkəzindən 55 km aralı) ərazisində 150 hektar biçilmiş taxıl sahəsi və quru ot yanıb. Yaxınlıqdakı otlaq sahələri və fermalar yanğından mühafizə olunub. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti