Azərbaycan, Bakı, 12 iyul /Trend/
Kürdəmirdə vətəndaşın evi yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.