Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Elmir Murad/
Şamaxı rayonu, Göylər kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ümumi səhəsi 126 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlər yanğının miqyasının genişlənməsinin qarşısını alaraq, yaxınlıqdakı evi yanğından mühafizə etməyə müvəffəq olub.
Yanğın saat 02:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.