Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakini civə satarkən tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Niyaməddin Yəhyayev 1,2 kiloqram civəni 5000 ABŞ dollarına satarkən tutulub.
Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.