Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/
Bakının Sabunçu rayununda soyğunçuluq etmiş 5 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Xavər Məhərrəmovanın 500 manatını soyğunçuluq yolu ilə almış paytaxt sakinləri Əli Şərifov və Həsən Abdullayev tutulublar.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 24-də Əfsanə İsmayılovanın qızıl üzüyünü və gümüş qolbağını soyğunçuluq yolu ilə almış Mehdi Əhmədov, Vüsal Həmidov və Yusif Xanquluyev tutulublar.