...

Gəncədə evin zirzəmisində mərmi tapılıb

Hadisə Materials 3 Sentyabr 2015 13:09 (UTC +04:00)
Gəncə şəhəri ərazisindəki evlərdən birinin zirzəmisində mərmi tapılıb.
Gəncədə evin zirzəmisində mərmi tapılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhəri ərazisindəki evlərdən birinin zirzəmisində mərmi tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisindəki evlərdən birinin zirzəmisində 1 ədəd mərmi tapılıb. Mərmi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti